“Uotford”dan İtaliya klubuna
İtaliyanın “Salernitana” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Uotford” klubundan Uilyam Troost-Ekonqu transfer edib.
Nigeriya millisinin mərkəz müdafiəçisi bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. 29 yaşlı futbolçu 2020-ci ildən formasını geyindiyi “Uotford”da 68 oyunda 2 qol vurub. O, daha öncə “Qroningen”, “Dordrext”, “Hauqesund”, “Bursaspor” və “Udineze” kimi klubların da formasını geyinib, Nigeriya yığmasında 63 oyuna 4 qol vurub.
“Salernitana” “Yuventus”un yarımmüdafiəçisi Hans Nikolussi Kavilyanı da heyətinə cəlb edib. 22 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərtilə icarəyə götürülüb. “Yuventus”un yetirməsi olan italiyalı futbolçu daha öncə “Peruca”, “Parma” və “Südtirol”da da icarədə olub.
Bizi Facebook-da izləyin