“Uorren 17 deyil, 37 yaşlı kimi oynayan futbolçudur” – Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike gənc yarımmüdafiəçi Uorren Zair-Emerini meydanda göstərdiyi oyuna görə tərifləyib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Uorrenin özünü 37 yaşlı futbolçu kimi göstərdiyini deyib:

“Uorren 17 deyil, 37 yaşlı kimi oynayan futbolçudur. 37 yaş! Komandada bu səviyyəli oyunçuya sahib olduğum üçün çox şanslıyam. Onunla işləmək xoşdur. Fikrimcə, Uorren çoxyönlü oyunçudur, böyük peşəkardır və futbolçunun necə olmasının gözəl nümunəsidir. O, təvazökar oğlandır, çalışqan, ağıllı və ünsiyyətcildir. Bu da çox vacibdir”.

Bu mövsüm Zair-Emeri Fransa çempionatında altı oyun keçirib və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button