Uolker onu Bernardo Silvaya bənzədir

“Milan”ın yeni müdafiəçisi Kayl Uolker komandanın hücumçusu Rafael Leao haqqında fikirlərini bölüşüb.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, ingiltərəli futbolçu, Leaonun dünyanın ən yaxşılarından biri olmağa çalışacağını bildirib:

“Rafanın performansı öz sözünü deyir. Mən onun çox matçlarını görmüşəm. O, mənə Bernardo Silvanı (“Mançester Siti”nin futbolçusu) xatırladır. Leao dünyanın ən yaxşılarından biri olmağa çalışacaq”.

Uolker ötən həftə İtaliya klubuna qoşulub. “Milan” 34 yaşlı futbolçunu satın alma şərti ilə “Mançester Siti”dən icarəyə götürüb.

Serjio Konseysaonun komandası sabah UEFA Çempionlar Liqasının ümumi mərhələsinin son turunda səfərdə Zaqreb “Dinamo”su ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button