Uolkerin “Milan”dan nə qədər maaş istədiyi məlum oldu

Komandadan ayrılmaq istədiyini bildirən “Mançester Siti”nin və İngiltərə millisinin müdafiəçisi Kayl Uolker “Milan”dan illik 4 milyon avro maaş+bonuslar ilə 2027-ci ilə qədər müqavilə istəyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli müdafiəçi Səudiyyə Ərəbistanı klubundan da çox sərfəli təklif alıb.

Daha əvvəl bildirilmişdi ki, “Milan” prezidentinin müşaviri Zlatan İbrahimoviç Uolkerlə görüşüb, müqavilənin şərtlərini müzakirə edib.

34 yaşlı Uolker bu mövsüm bütün turnirlərdə 18 oyun keçirib. Onun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button