
Uolker İtaliya klubuna keçməyə razılıq verib
İngiltərə millisinin və “Mançester Siti”nin müdafiəçisi Kayl Uolker “Milan”a transfer olmaq barədə razılığa gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yaxın iki gündə ingiltərəli müdafiəçinin transferi ilə bağlı danışıqların yekun mərhələsi baş tutacaq.
Uolker 2017-ci ildən “Mançester Siti”də çıxış edir. 34 yaşlı müdafiəçi ümumilikdə “şəhərlilər”in heyətində 319 matçda iştirak edib, 6 qol vurub və 23 məhsuldar ötürmə verib. Onun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin