
Uolker Türkiyə klubuna keçməyə razıdır
“Mançester Siti”nin müdafiəçisi Kayl Uolker karyerasını Türkiyədə davam etdirməyə hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fənərbaxça” 35 yaşlı futbolçunu heyətinə qatmaq üçün artıq “şəhərlilər”ə rəsmi təklif göndərib.
Bildirilir ki, Uolker özü də İstanbul təmsilçisinə keçidə müsbət yanaşır. Klub rəhbərliyi onun transferini reallaşdıracağına əmindir.
İngiltərəli oyunçu son mövsümün ikinci yarısını icarə əsasında “Milan”da keçirib. “Qırmızı-qaralar” müqavilədə satınalma bəndi olsa da, bu hüquqdan istifadə etməyiblər.
“Fənərbaxça” son Türkiyə Super Liqası mövsümünü turnir cədvəlinin 2-ci pilləsində başa vurub və heyətini gücləndirmək istiqamətində ciddi addımlar atır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin