
“Mançester Siti”dən ayrılan futbolçu “Bernli”də – Rəsmi
“Mançester Siti”dən ayrılan müdafiəçi Kayl Uolker “Bernli”yə transfer olunub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki klub 35 yaşlı futbolçunun keçidini rəsmən təsdiqləyib.
Uolker yeni klubu ilə 2 illik müqavilə imzalayıb. “Bernli” bu transfer üçün bonuslarla birlikdə 5 milyon funt sterlinq ödəyəcək.
İngiltərəli futbolçu son mövsümün ikinci yarısını icarə əsasında “Milan”da keçirib və orada 16 oyuna çıxıb. Ancaq Milan klubu onun transfer hüququnu almaq imkanından istifadə etməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin