ÇL: “Unutmamalıyıq ki, əylənmək üçün oynayırıq” – Sarri

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bayern”lə ilk oyunu öncəsi təəssüratlarını bölüşüb. 

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis matçın çətin keçəcəyini bildirib:

“Çox çətin matç olacaq, lakin qələbənin mümkün olduğuna inanmalıyıq. “Bayern” favoritdir və Çempionlar Liqasında həmişə güclüdür. Biz inamlı oynamalı və soyuqqanlılığımızı qoruyub saxlamalıyıq. Birlikdə dözməli olacağıq. Unutmamalıyıq ki, əylənmək üçün oynayırıq”.

Sözügedən matç bu gün saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button