Unudulmaz “Neftçi”li – Video

“Neftçi”nin klub televiziyası bu gün 38 yaşı tamam olan sabiq futbolçusu Georgi Adamiya barədə süjet hazırlayıb. 

Komanda.az xəbər verir ki, Adamiyanın yaşadığı Gürcüstanın paytaxtı Tiflisdə olan klub əməkdaşları ondan video-müsahibə alıb. Keçmiş hücumçusu söhbət zamanı “Neftçi” barədə xatirələrini bölüşüb, unudulmaz anlarından və qollarından danışıb.

Adamiya “Neftçi”də 2005-2008-ci illər aralığında çıxış edib. Onun ilk sınağı Birlik Kuboku olub. Rusiyanın paytaxtı Moskvada keçirilmiş yarışın yarımfinalında gürcüstanlı hücumçu flaqmanın Ermənistan çempionu “Pünik” üzərində 2:0 hesablı qələbəsində pay sahibi olub. Həmin matçda qollardan birini Adamiya vurub. Həmin il “ağ-qaralar”ın heyətində Azərbaycan çempionu olan Adamiya 2006-ci ildə Birlik Kubokunu qazanıb, 2007-ci ildə isə vitse-çempion olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button