Universiadada ikinci qızıl medal
Azərbaycan atleti Nazim Babayev İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasının qalibi olub.
Komanda.az xəbər verir ki, 22 yaşlı idmançı 3 təkanla tullanma yarışında qızıl medala sahib çıxıb.
O, 16,89 nəticə göstərərək, karyerasında ikinci dəfə Universiada çempionluğunu rəsmiləşdirib. Babayev əvvəlki “qızıl”ını 2017-ci ildə Çin Taypeyində əldə edib.
Bu, Azərbaycanın XXX Yay Universiadasında ikinci qızıl medalıdı. Daha əvvəl idman gimnastı Marina Nekrasova da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçuların fərdi mübarizəsində Hidayət Heydərov (73 kq) gümüş, komanda yarışında isə Azərbaycan millisi bürünc medala sahib olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin