
“Union Berlin”ə bir qol bəs etdi
Almaniya Bundesliqasında 28-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.
“Sankt Pauli” – “Borussiya” (Mönhenqladbax) matçında qalib müəyyənləşməyib. “Union Berlin” isə evdə “Volfsburq”u tək qolla yenib.
Hazırda 68 xala malik “Bayern” vahid liderdir. “Bayer” 62, “Ayntraxt” 48, “Maynts” 46, “Leypsiq” 45, Mönhenqladbax “Borussiya”sı 44, “Frayburq” 42, Dortmund “Borussiya”sı 41, “Ştutqart” 40 xal toplayıb.
Almaniya Bundesliqası
28-ci tur
4 aprel
Auqsburq – Bayern 1:3
Qollar: Yannulis, 30 – Musiala, 42. H.Keyn, 60. Matsima, 90+3-öz qapısına.
5 aprel
Boxum – Ştutqart 0:4
Qollar: Şabo, 8. Demiroviç, 11; 48; 85.
Frayburq – Borussiya (Dortmund) 1:4
Qollar: Eggeştayn, 88 – Adeyemi, 34. Çukvuemeka, 51. Girassi, 68. Gittens, 78.
Haydenhaym – Bayer 0:1
Qol: Buendiya, 90+1.
Maynts – Holştayn 1:1
Qollar: Vayper, 75 – Bernardsson, 34.
Leypsiq – Hoffenhaym 3:1
Qollar: Şeşko, 24. Baku, 43 – Bişof, 11.
Verder – Ayntraxt 2:0
Qollar: Burke, 28. Şmid, 84.
6 aprel
Sankt Pauli – Borussiya (Mönhenqladbax) 1:1
Qollar: Afolayan, 85 – İtakura, 45+2.
Union Berlin – Volfsburq 1:0
Qol: Hollerbax, 63.
Bizi Facebook-da izləyin



