
UNEC qələbə ilə başladı
Bu gün qadın voleybolçular arasında Yüksək Liqanın 1-ci turu çərçivəsində növbəti oyun keçirilib.
Komanda.az xəbər verir ki, UNEC VK-nın idman zalında baş tutan qarşılaşmada UNEC və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəliblər.
Gərgin keçən oyunda qalib tay-brekdə müəyyən olunub. Həlledici setdə üstün olan UNEC görüşü 3:2 hesabı ilə qalib başa vurub.
UNEC – “Milli Aviasiya Akademiyası” 3:2 (25:20, 19:25, 23:25, 25:20, 15:13)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



