Umtitini ağlatdılar
“Leççe”nin müdafiəçisi Samuel Umtiti İtaliya A Seriyasının 16-cı turunun “Latsio” ilə oyunundan (2:1) sonra Roma klubunun azarkeşlərinin ona qarşı irqçi şüarlar səsləndirməsinə görə “Via Del Mare” arenasını göz yaşları içində tərk edib.
Komanda.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Umtiti matç ərzində qonaq azarkeşlər tərəfindən irqçi təhqirlərə məruz qalıb. Stadionun diktoru azarkeşlərdən fransalı müdafiəçiyə qışqırmağı dayandırmağı tələb etdiyi üçün oyun hətta bir müddət dayandırılıb. Matçın sonunda “Leççe” azarkeşləri “Umtiti!” şüarları səsləndirərək, ona dəstək olublar.
Futbolçu sonradan hadisə ilə bağlı sosial şəbəkə hesabında belə yazıb:
“İrqçi şüarlar dəstək mahnıları ilə örtülmüşdü! Bütün “Leççe” azarkeşləri bir ad qışqırmağa başladılar: Umtiti”.
Bizi Facebook-da izləyin