Futbolçu karyerasını bitirdi, indi də məşqçi olmaq istəyir

Fransa millisinin və “Barselona”nın sabiq futbolçusu Samuel Umtiti oyunçu karyerasını başa vurduqdan sonra gələcək planlarını açıqlayıb.

Komanda.az TF1-ə istinadən xəbər verir ki, Umtiti futbolçu kimi qazandığı təcrübəni məşqçilikdə istifadə etməyi düşünür:

“Həmişə futbol məşqçisi olmağı düşünmüşəm. Bilgilərimi başqalarına ötürmək istəyirəm. Məşqçilik təhsili alacam, çünki peşəkar futbolçu olmaq bir şeydir, məşqçi olmaq isə tam başqa bir məsələdir. Ümid edirəm ki, bir neçə ildən sonra hansısa komandaya rəhbərlik edəcəm”.

31 yaşlı fransalı sabiq futbolçu peşəkar karyerasını bitirdiyini bu ay açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button