
“Barselona”da 100-cü oyun
İspaniya La Liqasının 13-cü turu çərçivəsində “Barselona”nın “Selta”ya 4:1 hesabıyla qalib gəldiyi oyun Samuel Umtiti üçün əlamətdar olub.
Komanda.az “Barselona”nın rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu, Kataloniya klubunun heyətində 100-cü oyununu keçirib.
2016-cı ildə “Lion”dan transfer olunan 25 yaşlı müdafiəçi, keçirdiyi oyunlarda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Umtitinin “Barselona” ilə müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin