
FİFA prezidenti: “Ümid edirəm ki, tezliklə Rusiyanı futbol dünyasına qaytara bilərik”
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Belqradda keçirilən konqresində Rusiya komandaları haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Rusiya komandalarının tezliklə beynəlxalq yarışlara qayıdacaqlarına ümid etdiyini bildirib:
“Dünyamız parçalanıb, insanları bir araya gətirmək üçün hər fürsətdən istifadə etməliyik. Ukraynada sülhlə bağlı danışıqlar gedir. Ümid edirəm ki, tezliklə səhifəni çevirib Rusiyanı futbol dünyasına qaytara bilərik. Bu, hər şeyin həll olunduğu anlamına gələcək”.
2022-ci ilin fevralında Ukraynaya işğalçı hücumlarından sonra Rusiyanın milli komandaları və klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb.
Bizi Facebook-da izləyin



