![](https://komanda.az/wp-content/uploads/2024/11/Berezutski-780x470.jpg)
“Ümid edirəm ki, nə vaxtsa “Sumqayıt”a qol vura biləcəyik”
“Sabah” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda bu gün “Sumqayıt”ı qəbul edib.
Komanda.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib.
Berezutski heç-heçəyə belə şərh verib:
“Nəyisə şərh etmək çətindir. Amma ümid edirəm ki, biz nə vaxtsa “Sumqayıt”ın qapısına yol tapa biləcəyik.
Sadəcə, kubok oyununa deyil, çempionat matçlarına da köklənirik. Buna görə də hər oyuna qələbə qazanmaq üçün çıxırıq.
Mən elə hesab edirəm ki, dünyanın heç bir yerində limit xeyir gətirmir. Bu, sizin öz qərarınızdır. Düşünürəm ki, limitin heç bir faydası yoxdur”.
1/4 finalın cavab qarşılaşması fevralın 27-də Sumqayıt şəhər stadionunda keçiriləcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin