
Atasının balası – O da məşqçi olmaq istəyir
“Napoli”nin hücumçusu Covanni Simeone məşqçi işindən həzz aldığını deyib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, nə vaxtsa məşqçi olacağına ümid etdiyini deyib:
“Mən həmişə rəqibin zəif tərəflərini təhlil edib anlamağa çalışıram. Bu cür işi xoşlayıram. Ümid edirəm ki, nə vaxtsa məşqçi olacam və bunu özüm üçün edirəm”.
27 yaşlı futbolçu bu mövsüm A Seriyasında 6 oyuna çıxıb, 2 qol vurub.
Covanninin atası Dieqo Simeone Madrid “Atletiko”sunun baş məşqçisidir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin