“Ümid edirəm ki, bu, “Neftçi”də sonuncu qolum deyil”

“Neftçi”nin heyətində ilk qolumu vurdum. Bu məni çox sevindirir. Ümid edirəm ki, sonuncu qolum deyil”.

Komanda.az xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Ervin Koffi klubun yutub telekanalına açıqlamasında deyib.

Premyer Liqanın 23-cü turunda “Zirə” ilə oyunda (1:0) komandasına qələbə qazandıran qolu vuran fransalı cinah müdafiəçisi bununla bağlı danışıb:

“Zirə” ilə görüşün ağır keçəcəyini öncədən də bilirdik. Çox sevindim ki, azarkeşlərimizin qarşısında qalib gəlib, üç xal qazandıq. Vurduğum qol komandaya qələbə qazandırdı. Amma bu tək mənim yox, bütün kollektivin qələbəsdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button