“Ümid edirik ki, Skaloni qalacaq” – Argentinalı futbolçu
Argentina millisinin müdafiəçisi Kristian Romero komandanın baş məşqçisi Lionel Skaloninin postundan getməsini istəmir.
Komanda.az “All About Argentina”-ya istinadən xəbər verir ki, o, Skaloninin postunda qalacağına ümid etdiyini bildirib:
“Ümid edirik ki, Skaloni qalacaq. Onun hər şeyi düşünmək üçün kifayət qədər vaxtı olacaq. O, paltardəyişmə otağında bu barədə heç nə deməyib. Biz onu qalmağa inandırmağa çalışacağıq. Düşünürəm ki, Skaloni işləməyə davam etməlidir. Baxacağıq”.
Skaloni Braziliya üzərində qələbədən sonra Argentina millisini tərk edə biləcəyini bildirib.
Argentinalılar DÇ-2026-nın seçmə mərhələsində 15 xal toplayıb və turnir cədvəlində 1-ci yeri tuturlar. Braziliya millisi 7 xalla 6-cı yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin