“Falkao buna hörmət etməlidir” – “Monako” rəsmisi
Fransanın “Monako” klubunun vitse-prezidenti və idman direktoru Oleq Petrov, klubdakı gələcəyi müzakirə olunan Radamel Falkao ilə bağlı açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, 33 yaşlı futbolçunun “knyazlıq klubu”nda qalacağına ümid etdiyini deyib:
“Ümid edirik ki, Falkao klubda qalacaq. Bizim məqsədimiz budur. Onunla klub arasında hansısa gərginliyin olacağına inanmıram. O, əla futbolçudur, bu klubda hər zaman yaxşı işlər görüb. Klubun və Falkaonun birlikdə əldə edəcəkləri məqsədləri var. O, hələ də formada olduğunu nümayiş etdirir.
Falkao peşəkardır, onun iddiaları var, Çempionlar Liqasında oynamaq istəyir. Amma onun “Monako” ilə müqaviləsi var və Falkao buna hörmət etməlidir. Klubun buna ehtiyacı var”.
Falkaonun Türkiyənin “Qalatasaray” klubuna keçəcəyi gözlənilir.
Bizi Facebook-da izləyin