
Baş məşqçi İsakla bağlı narahat vəziyyətdən danışdı
“Nyukasl”ın baş məşqçisi Eddi Hou komandanın hücumçusu Aleksander İsakın vəziyyəti barədə açıqlama verib.
25 yaşlı forvard “sağsağanlar”ın heyətində oynamaq istəmir və “Liverpul”a transfer olunmaq istəyir. Klub isə onu buraxmaq niyyətində deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı yenidən İsakla işləyəcəyinə ümid etdiyini söyləyib:
“Azarkeşlərlə İsakın münasibətləri yaxşı ola bilər. Çünki onlar həmişə futbolçunun oyununa görə reaksiya verirlər. Hər hekayənin iki tərəfi var. Bir həftəyə necə olacağını görəcəyik. Ümid edirəm, yenidən onunla işləyə biləcəm”.
İsveçli futbolçu ötən mövsümdə 42 oyunda iştirak edib, 27 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



