“Ümid edirəm ki, o, “Real”a qarşı oynaya bilər” – Xavi
“Barselona”nın baş məşqçisi Xavi komandanın hücumçusu Robert Levandovskinin nə vaxt meydana çıxa biləcəyini deyib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispan mütəxəssis polşalı forvardın özünü yaxşı hiss etdiyini bildirib:
“Ümid edirəm ki, o, oktyabrın 28-də “Real”a qarşı oynaya bilər. Özünü yaxşı hiss edir və irəli gedir. Ola bilər ki, ağrıları var, amma oynamaq istəyir. O, liderdir və komanda üçün çox önəmlidir. Hər gün ağrıları azalır. Zədələr bəzən bəxtsizlik üzündən baş verir. Üç vacib oyunçumuzda zədələr var, onların bəxti gətirmədi”.
Kataloniyalılar La Liqada 9 turdan sonra 21 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin