“Ümid edirəm, o, növbəti mövsümdə də bizimlə olar, amma…” – Sarri

İtaliya A Seriyasının 28-ci turu çərçivəsində “Leççe”yə 4:0 hesabı ilə qalib gələn “Yuventus”un baş məşqçisi Mauritsio Sarri açıqlama verib.

Komanda.az xəbər verir ki, 61 yaşlı mütəxəssis, oyunla bağlı bunları deyib:

“Çətin oyun oldu, qarşılaşmanın əvvəlində daha çox problem yaşadıq, amma ilk hissənin sonlarına yaxın toparlandıq. Komandada yaxşı zehniyyət, ruh gördüm, oyunun sonuna qədər hücuma davam etdilər. Xüsusilə, yarımmüdafiəçilər çox yaxşı oynadı. Bu oyunu davam etdirməli və nəticələr əldə etməliyik.

Qonsalo İquayn çətin zaman keçirdi, zədəsi vardı, amma artıq komandaya uyğunlaşır. Zədədən sonrakı oyunda qol vurduğu üçün xoşbəxtəm.

Miralem Pyaniç mövsümün sonuna qədər bizimlə qalacaq. Ümid edirəm, o, növbəti mövsümdə də bizimlə olar, amma bunlar daha sonra veriləcək qərarlardır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button