“Ümid edirəm ki, kubokda yaxşı nəticə əldə edəcəyik” – “Sərhədçi”nin baş məşqçisi
“Sərhədçi” basketbol komandasının baş məşqçisi Evren Alkaya Azərbaycan kubokunun qrup mərhələsinin 1-ci turunda “Gəncə”yə 99:63 hesabı ilə qalib gəldikləri oyun barədə klubun mətbuat xidmətinə açıqlama verib.
Komanda.az xəbər verir ki, türkiyəli mütəxəssis ölkə kubokunun əhəmiyyətindən və inamlı qələbədən danışıb:
“Azərbaycan kuboku hər komanda üçün önəmlidir. Kubokda müxtəlif variantları sınaqdan keçiririk. “Gəncə”yə qalib gəldiyimiz matçda variantlarımız işimizə yaradı. Oyunun startından müəyyən üstünlük əldə etdik. Bundan sonra digər oyunçulara da şans verdik. Rəqib güclü komandadır və zaman-zaman geridönüş etdilər. Basketbolda belə şeylər var. Biz də ona qarşı tədbir görərək qarşılaşmanı yaxşı şəkildə bitirdik”.
Alkaya kubokdakı hədəflərdən də söz açıb:
“Ümid edirəm ki, kubokda yaxşı nəticə əldə edəcəyik. Qrupumuzda yaxşı komandalar var. Biz də bütün komandalar kimi ən yüksək hədəfə çatmaq istəyirik”.
Bizi Facebook-da izləyin