
Kapitan daha bir-iki transfer arzulayır
“Mançester Yunayted”in kapitanı Bruno Fernandes yay hazırlıq dövrünü və klubun transfer siyasətini dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi klubun daha bir-iki keyfiyyətli futbolçuya ehtiyacı olduğunu bildirib:
“ABŞ turu ümumilikdə pozitiv keçdi. Komanda əlaqələri qurmaq baxımından yaxşı idi. Amma “Everton”la yoxlama oyununda (2:2) bir az yorğun və ruhsuz göründük. Bunu dəyişmək lazımdır”.
Fernandes, həmçinin, klubun maliyyə çətinliklərinə baxmayaraq çalışdığını, daxili rəqabətin artırılması üçün daha güclü oyunçulara ehtiyac olduğunu vurğulayıb:
“Komandada daha çox keyfiyyətli futbolçuların olması, hər bir oyunçunu daha çox mübarizə aparmağa və əsas heyətə düşmək üçün çalışmağa vadar edəcək. Ümid edirəm ki, klub bu yay daha bir-iki transfer reallaşdıracaq. Bu, bizim üçün vacibdir”.
Fernandesin bu fikirləri komandanın iddialarını və hazırkı heyətlə bağlı bəzi çatışmazlıqları əks etdirir.
Bizi Facebook-da izləyin