
Xames Rodrigesin La Liqa arzusu
“San Paulo”nın yarımmüdafiəçisi Xames Rodriges karyerasını İspaniya La Liqasında davam etdirmək arzusunda olduğunu bildirib.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, o, gələcəkdə La Liqaya qayıdacağına umid edir:
“Ümid edirəm ki, gələcəkdə La Liqaya qayıdacam. Bu, mənim həmişə yarışmaq istədiyim çempionatdır”.
Kolumbiyalı futbolçu 2014-2020-ci illərdə “Real”da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 125 matçda iştirak edib, 37 qol vurub və 42 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin