
“PSJ-nin keyfiyyəti haqda çox danışmağa ehtiyac yoxdur”
“Liverpul”un müdafiəçisi və kapitanı Vircil van Dayk Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab oyunu öncəsi fikirlərini bildirib.
Komanda.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, o, sona qədər mübarizə aparacaqlarını söyləyib:
“Biz ideal münasibəti saxlamalı, özümüzə inanmalı və inamlı olmalıyıq. Lakin 90 dəqiqə ərzində qaçmaq, döyüşmək və mübarizə aparmaq üçün kifayət qədər təvazökar olmalıyıq. Bu gecə öz meydanımızda PSJ-ni qəbul edəcəyik və 1/4 finala yüksələcəyimizə ümid edirik. Düşünürəm ki, rəqibimizin keyfiyyəti haqda çox danışmağa ehtiyac yoxdur. İlk matçda hər şeyi özünüz gördüz. Bu gün biz meydançaya çıxacağıq və başdan sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, biz bu gün “Enfild”də daha bir möhtəşəm gecə yarada bilərik”.
İlk oyunda parislilər 0:1 hesabı ilə məğlub olub.
Bizi Facebook-da izləyin



