“Ümid edirəm ki, Avstriya və İsveçlə matçlar təcrübəsi az futbolçular üçün dərs olar” – De Byazi
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Estoniyaya qarşı keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlki iki oyundakı səhvləri xatırladıb:
“Ümid edirəm ki, Avstriya və İsveçlə matçlar təcrübəsi az futbolçular üçün dərs olar. İlk iki oyunda uduzduq, 9 qol buraxdıq. İki güclü komanda ilə qarşılaşdığımızı da nəzərə almalıyıq. Həm Avstriya, həm də İsveçlə görüşün bəzi hissələrində yaxşı çıxış etdik. Təbii ki, fərdi səhvlər oldu, bu da bizə baha başa gəldi”.
İyunun 17-də keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin