Azərbaycan millisinin sabiq baş məşqçisindən Arda Gülər açıqlaması

“Real”ın keçmiş futbolçusu Robert Prosineçki UEFA Çempionlar Liqasının qalibi olan komandanın vəziyyətini dəyərləndirib və Arda Gülərin çıxışından danışıb.

Komanda.az AS-a istindən xəbər verir ki, xorvatiyalı mütəxəssis Karlo Ançelottinin türkiyəli yarımmüdafiəçiyə tez-tez oynamağa icazə verəcəyinə ümid etdiyini bildirib:

“Ümid edirəm ki, Karlo Ançelotti Ardaya tez-tez oynamağa icazə verəcək. İnanıram və görürəm ki, Gülər hər oyunda irəliləyir, yüksək futbol biliyinə malikdir. O, topa nəzarət etməyi sevir və həmişə hədəfə yönəlir”.

Prosineçki “Real”dan başqa, “Barselona”da da çıxış edib. O, 2014-2017-ci illərədə Azərbaycan millisində baş məşqçi kimi fəaliyyət göstərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button