Haland Gündoğanı təəccübləndirib
“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan komanda yoldaşı Erlinq Haland haqda danışıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, norveçli hücumçunun saç düzümündən söz açıb:
“Onun məqsədi saçlarından daha yaxşıdır. Hörüklərinin açıldığını və bu formada meydançada qaçdığını görəndə təəccübləndim. Ümid edirəm ki, bu, davamlı olmaz”.
Haland cari mövsümdə İngiltərə Premyer Liqasında 29 oyuna çıxıb, 33 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin