“Ümid edirəm ki, o, sabahdan məşqlərə qatıla biləcək” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 10-cu turu çərçivəsində “Bernli”yə 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.
Komanda.az xəbər verir ki, böyükhesablı qələbəni şərh edən ispan mütəxəssis, Serxio Aqueronun yoxluğunun səbəbini də açıqlayıb:
“Çox oyun keçiririk, ona görə də, 90 dəqiqə boyunca səviyyəmizi qorumaq asan deyil. Belə qələbələr bizə kömək edir. Qol vurmaq və bu şəkildə davam etmək bizim üçün vacibdir. Heyətdə istirahətə ehtiyacı olan, yorğun futbolçularımız var.
Aqueronun dizində problem var. Ümid edirəm ki, o, sabahdan məşqlərə qatıla biləcək. Son məşqlərdə iştirak edə bilmədi, ona görə də, onu oynatmamağa qərar verdik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin