“Ümid edirəm ki, Neymar “Barselona”ya qayıdar”

“Barselona”nın futbolçusu Rafinya Alkantara Neymarın Kataloniya təmsilçisinə qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibətini bildirib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan Alkantara, Neymarın qayıtmasını istədiyini deyib:

“Ümid edirəm ki, Neymar “Barselona”ya qayıdar. Neymar-Messi-Suares üçlüyünün nələr etdiyini bilirik. Neymarla yanaşı, Antuan Qrizmannın da “Barselona”ya keçməsini istəyirəm”.

Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button