“Ümid edirəm ki, indi insanlar yaşımı xatırlatmağı dayandıracaqlar!”

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç “Bolonya” ilə oyundan (1:0) sonra açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvat futbolçu bunu deyib:

“Ümid edirəm ki, indi insanlar mənə yaşımı xatırlatmağı dayandıracaqlar! Həmin epizodda qol vurmaq kifayət qədər asan idi, çünki Aleksis Salemakers əla ötürmə etdi və o, məndən daha çox epizodun qəhrəmanı oldu. Ən əsası, qalib gəldik. İndi bütün diqqətimizi qarşıdakı matçlara yönəltməliyik”.

Bazar günü “San Siro”da A Seriyasının üçüncü turu çərçivəsində “Milan” və “Bolonya” arasında keçirilən oyunda yeganə qolu xorvatiyalı futbolçu vurub. Bu, onun komandadakı debüt qolu olub.

“Milan”ın bu mövsüm İtaliya çempionatının üç turundan sonra 6 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button