
İbrahimoviç DÇ-2026-da azarkeşlik edəcəyi komandanın adını açıqladı
Sabiq futbolçu Zlatan İbrahimoviç qarşıdakı dünya çempionatında azarkeşlik edəcəyi milli komandanın adını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli sabiq hücumçu DÇ-2026 ilə bağlı bunu deyib:
“Ümid edirəm ki, Braziliya millisi qalib gələcək. Dostum Karlo Ançelottiyə azarkeşlik edəcəm. Onun toxunduğu hər şey “konfet”ə çevrilir”.
İbrahimoviç 2012-2013-cü illərdə PSJ-də çıxış edərkən, komandaya Ançelotti rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



