“Mbappenin karyerasına futbol tarixinin ən böyük klubunda davam etməsi qaçılmaz idi”

“Atletik”in yarımmüdafiəçisi Ander Herrera PSJ-nin hücumçusu Kilian Mbappenin bu yay “Real”a keçə biləcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Mbappenin karyerasına futbol tarixinin ən böyük klubunda davam etməsinin qaçılmaz olduğunu söyləyib:

“Madriddə görüşənədək, ümid edirəm ki, heç-heçə edə bilərik. Təbii ki, gec-tez onların yolları kəsişməli idi. Mbappenin karyerasına futbol tarixinin ən böyük klubunda davam etməsi qaçılmaz idi”.

Daha əvvəl mətbuatda Mbappenin artıq “Real”la 2029-cu ilə qədər olan müqavilə imzaladığı haqda məlumatlar yayılıb. Fransalı hücumçunun komanda yoldaşlarına və PSJ-nin məşqçilər heyətinə cari mövsümün sonunda klubdan ayrılacağını dediyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button