Maksimov “Qəbələ” ilə oyunu yada saldı
Ukraynanın “Vorskla” klubunun baş məşqçisi Yuri Maksimov ölkə kubokunun finalında Kiyev “Dinamo”su ilə qarşılaşacaqları matç haqda danışıb.
Komanda.az xəbər verir ki, Poltava təmsilçisinin mətbuat xidmətinə açıqlama verən Maksimov, 2018-ci ildə “Keşlə” ilə Azərbaycan kubokunu qazanmasını xatırlayıb:
“Bilirsiz, kubok matçlarının da öz qaydaları var. İki il əvvəl rəhbərlik etdiyim “Keşlə” ilə Azərbaycan kubokunun finalında Roman Qriqorçukun “Qəbələ”siylə qarşılaşırdım. Oyundan əvvəl hamı “Qəbələ”ni favorit hesab edirdi, ancaq mənim komandam qələbə qazandı. 2009-cu ildəki “Vorskla” – “Şaxtyor” matçında da favorit donetsklilər olsa da, kubok Poltavaya getmişdi”.
Maksimov 2017/18 mövsümündə “Keşlə”ni çalışdırıb. O, paytaxt klubuna Azərbaycan kubokunu qazandırıb. Kubokun final matçında “Keşlə” “Qəbələ”ni minimal hesabla məğlub etmişdi.
Bizi Facebook-da izləyin