“Şaxtyor”da baş məşqçi ayrılığı
Ukraynanın “Şaxtyor” klubu baş məşqçisi Luiş Kaştru ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Donetsk təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı mütəxəssisin müddəti bitən müqaviləsi yenilənməyib.
“Şaxtyor” Ukrayna Premyer Liqasında mövsümü 2-ci sırada bitirib.
Kaştru 2019-cu ilin dekabrından “Şaxtyor”u çalışdırırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin