“Real”ın sabiq üzvü istefaya göndərildi

Ukraynanın “Olimpik” klubu baş məşqçisi Julio Sezarla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Donetsk təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Olimpik” klubunun rəhbərliyi uğursuz nəticələrdən sonra 40 yaşlı mütəxəssisi istefaya göndərib.

Sezar, iyul ayında “Olimpik”ə baş məşqçi təyin olunmuşdu. Donetsk təmsilçisi yeni mövsümdə çıxdığı 4 oyunda da məğlub olub.

Sezar futbolçu karyerası ərzində “Valyadolid”, “Real”, “Milan”, “Benfika”, “Bolton” kimi klublarda forma geyinib. 2014-cü ildə karyerasını bitirən keçmiş müdafiəçi, “Real”ın akademiyasında məşqçi kimi çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button