“Qarabağ” Azərbaycan millisinin hücumçusu ilə razılaşdı
Ukraynanın “Minay” klubunun futbolçusu Rüstəm Əhmədzadə karyerasını Azərbaycanda davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 21 yaşlı hücumçu “Qarabağ”la razılaşıb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Azərbaycan milli komandasının da üzvü olan Rüstəmin “Minay”la artıq vidalaşdığı və qış transfer pəncərəsi dövründə “Qarabağ”la müqavilə imzalayacağı bildirilib.
Əhmədzadə Azərbaycan millisində 5 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin