“De Byazi ilə görüşmüşəm və mənə güvəndiyini söyləyib” – Anatoli Nuriyev

Ukraynanın “Minay” klubunun futbolçusu Anatoli Nuriyev açıqlama verib.

Komanda.az “meta-ratings.com.ua” saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Azərbaycan milli komandasına dəvət alması ilə bağlı bunları deyib:

“Yeni çağırışları sevirəm. Əvvəlcə “Minay”ın heyətində ilk dəfə Ukrayna kubokunun yarımfinalına çıxdıq, daha sonra isə Premyer Liqaya vəsiqə qazandım. İndi də Azərbaycan milli komandası ilə beynəlxalq arenada növbəti sınaq var. Artıq iki dəfə yığmanın baş məşqçisi Canni De Byazi ilə görüşmüşəm və mənə güvəndiyini söyləyib. Onun bu etimadı mənə ilham verir. Onu və azarkeşləri məyus etməməyə çalışacam.

Martın 21-də İtaliyada Azərbaycan yığmasına qoşulacam. 3 gün sonra Turində portuqaliyalılarla oyun var. Ümid edirəm ki, beynəlxalq arenada qazanacağım təcrübə irəliləməyimə kömək edəcək”.

Martın 24-də Turində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisi 3 gün sonra Macarıstanın Debretsen şəhərində Qətərlə yoldaşlıq görüşünə çıxacaq. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv martın 30-da isə Bakı Olimpiya Stadionunda Serbiya ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button