Ukrayna klubunun futbolçusu Azərbaycan millisinə çağırıldı – ilk dəfə
Ukraynanın “Minay” klubunun futbolçuları – Anatoli Nuriyev və Rüstəm Əhmədzadə Azərbaycan milli komandasına dəvət alıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, hər iki futbolçunun Azərbaycan yığmasının mayın 22-dən iyunun 6-na qədər davam edəcək toplanışına çağırıldığı bildirilib.
Rüstəm Əhmədzadə ilk dəfə Azərbaycan yığmasına çağırılıb. Nuriyev isə bundan əvvəl millidə üç oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin