Anatoli Nuriyevdən Azərbaycan millisi ilə bağlı açıqlama
Ukraynanın “Minay” klubunda çıxış edən Anatoli Nuriyev Azərbaycan millisinə dəvət alması ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçu, “meta-ratings.com.ua” saytına açıqlamasında Ukrayna millisində oynamaq arzusunun olduğunu, Azərbaycan tərəfi ilə də danışıqların davam etdiyini bildirib:
“Hələ dəqiq bir şey yoxdur. Açığı, özümü beynəlxalq səviyyədə sınamaq istəyirəm. Azərbaycan millisi ilə bağlı məsələlər ilk dəfə ötən il ortaya çıxıb. Ata tərəfim azərbaycanlıdır. Düzdür, hər zaman Ukrayna millisində oynamaq arzum olub, lakin orada rəqabət yüksəkdir. Ukrayna millisinə dəvət almaq çətindir, nəinki, debüt etmək.
Azərbaycan millisi ilə bağlı məsələlər davam edir. Təfərrüaatlara getmək istəmirəm, Azərbaycan tərəfi bu məsələ ilə məşğuldur. Düşünürəm ki, məsələ DÇ-2022-nin martda keçiriləcək seçmə mərhələ oyunlarına qədər həll olunacaq. Azərbaycan yığması martın 24-də Portuqaliya ilə səfərdə, 30-da isə Serbiya ilə evdə oynayacaq”.
Anatoli Nuriyev bu mövsüm “Minay”da 14 oyuna 6 qol vurub.
Bizi Facebook-da izləyin