
Ukrayna klubunun 7 futbolçusu koronavirusa yoluxdu
Ukraynanın “Karpatı” klubunun 7 futbolçusu koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist İqor Burbas məlumat yayıb. O, “Karpatı”nın 7-si əsas komandanın futbolçusu olmaqla, ümumilikdə 13 üzvünün virusa yoluxduğunu bildirib.
Ukrayna Premyer Liqasında mayın 31-də keçirilməli olan “Karpatı” – “Mariupol” matçı təxirə salınmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin