“Xahiş edirəm, nə edəcəyimi söyləyin, temperaturum 37,4 – 37,5-dir” – Azərbaycanlı futbolçu
Ukraynanın “Dinamo” klubunun keçmiş futbolçusu Aleksandr Əliyevin səhhəti pisləşib.
Komanda.az xəbər verir ki, bu barədə əslən azərbaycanlı olan keçmiş yarımmüdafiəçi rəsmi “instagram” hesabından paylaşım edib:
“Xahiş edirəm, nə edəcəyimi söyləyin, temperaturum 37,4 – 37,5-dir. Özümü yaxşı hiss edirəm, sadəcə öskürək var.
Bu, nədir? Xəstələndim, soyuq dəydi və ya nə? Təcili yardım çağırmağın mənası varmı? Bu gün gəzintiyə çıxmışam”.
Aleksandr Əliyev daha əvvəl koronavirusa inanmadığını demişdi.
Əslən azərbaycanlı olan Əliyev, 2002-2010 və 2011-2013-cü illər aralığında Kiyev “Dinamo”sunun formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin