“Mənə elə gəlir ki, hamımız koronavirusa yoluxmuşuq” – Azərbaycanlı futbolçu
Ukraynanın “Dinamo” klubunun keçmiş futbolçusu Aleksandr Əliyev koronavirus testi verib.
Komanda.az xəbər verir ki, bu barədə sabiq yarımmüdafiəçi “instagram” hesabı vasitəsilə məlumat yayıb:
“Koronavirus testi verdim, dedilər nəticələri gözləyin. Öskürürəm, axşamlar temperaturum 36,9-a yüksəlir. Mənə elə gəlir ki, hamımız koronavirusa yoluxmuşuq”.
Aleksandr Əliyev daha əvvəl koronavirusa inanmadığını demişdi.
Əslən azərbaycanlı olan Əliyev, 2002-2010 və 2011-2013-cü illər aralığında Kiyev “Dinamo”sunun formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin