Çempionlar Liqası ilə vidalaşan klubda baş məşqçi istefası
Ukraynanın “Dinamo” klubunun baş məşqçisi Aleksandr Xaçkeviç vəzifəsindən ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə Kiyev təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Dinamo”nun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Belçika “Brügge”sini keçə bilməməsindən sonra baş məşqçi Xaçkeviç istefaya göndərilib.
Xaçkeviç 2017-ci ildən “Dinamo”nu çalışdırırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin