Ukraynalı məşqçini sevindirən azərbaycanlı

Ukraynanın “Aleksandriya” klubunda çıxış edən azərbaycanlı futbolçu Emil Mustafayev komandada qol hesabını açıb.

Komanda.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Ukrayna kubokunun 1/8 final mərhələsinin “Metallist 1925”-lə matçında dubl edib. Mustafayev, 5:2 hesabı ilə qalib gəldikləri oyunun 24 və 29-cu dəqiqələrinddə rəqib qapısına yol tapıb.

“Aleksandriya”nın ukraynalı baş məşqçisi Yuri Qura matçdan sonra azərbaycanlı futbolçunun çıxışı haqda bunları söyləyib:

“Heyətdə dəyişiklik etdik. Mustafayev qolları ilə məni sevindirdi. Tək o deyil, bütün komandam məni sevindirdi. Çünki əldə etdiyimiz nəticə xoşdur”.

2018-ci ildən “Aleksandriya”da çıxış edən Emil Mustafayev əsas komandada 3 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button