
Tokio-2020: Azərbaycanlı güləşçi finala vəsiqə qazandı
Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında finala yüksəlib.
Komanda.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinal görüşündə tunisli Məhəmməd İbrahim Əl-Sayedlə qarşılaşıb. Nəsibov rəqibinə 7:6 hesabıyla qalib gələrək, finala vəsiqə qazanıb.
Ukrayna təmsilçisi qızıl medal uğrunda iranlı Məhəmməd Reza Geraei ilə qarşılaşacaq. Final görüşü avqustun 4-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin