Ukrayna mətbuatı: Paşayev “Aleksandriya”dan getməlidir!

Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya”da komandadan getməli olan 5 futbolçunun adı açıqlanıb.

Komanda.az xəbər verir ki, Ukraynanın “football.ua” saytı müxətlif səbəblərə görə klubdan getməli olan 5 futbolçudan ibarət siyahı hazırlayıb. Siyahıda Paşayevin də adı var. Ukraynalılar bunu belə əsaslandırıblar:

“Paşayev uzun müddətdir ki, “Aleksandriya”dadır, amma komandadakı vaxtı getdikcə başa çatır. Müdafiəçi Avropa Liqasında etibarlı oynamadı və Ukrayna çempionatında yaxşı oyunlarla arabir yadda qaldı”.

32 yaşlı milli üzvü 2017-ci ildən “Aleksandriya”nın şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button